
"Spartak Varna" hücum xəttini Azərbaycan futbol azarkeşlərinə yaxşı tanış olan sima ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, forvard Bolqarıstan təmsilçisi ilə iyulun 16-dan qüvvəyə minəcək ikiillik rəsmi müqaviləyə imza atıb.
Son olaraq Yaponiya liqasında legioner həyatı yaşayan Əhmədov yenidən efbet Liqasına dönüş edib.
O, daha əvvəl vurduğu 38 qol və etdiyi 10 məhsuldar ötürmə ilə Varna təmsilçisinin azarkeşlərinin sevimlisinə çevrilmişdi. Xüsusilə 2023/2024 mövsümündə İkinci Liqanın bombardiri olan Ahmed Ahmedov, "soqollar"ın yenidən elitaya yüksəlməsində əsas pay sahiblərindən biri olub. O, efbet Liqasındakı son mövsümündə isə 19 matçda 16 qol və 3 assistlik möhtəşəm performans sərgiləmişdi. Karyerası ərzində ölkəsində "Çernomorets Burqas", "Dunav Ruse", MOİK və "Slaviya" kimi klubların da formasını geyinmiş hücumçu, komandanın növbəti mövsümdəki əsas silahı olacaq.
2020/21 mövsümündə "Neftçi"də icarə əsasında çıxış edən Ahmed Ahmedov, çempionatın son turunda məhz "Qarabağ"a qarşı keçirilən həlledici matçın son dəqiqələrində vurduğu qolla komandasına qızıl medalları və tarixi çempionluğu qazandırmışdı.
Kamil Xudiyev