
"Qalatasaray” 4 illik əfsanəsi ilə yollarını ayırdı.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” Mauro İkardi ilə vidalaşıb.
Rəhbərlik yeni müqavilə üçün maaşın azaldılmasına görə danışıqlar etsə də, bu mümkün olmayıb.
Qeyd edək ki, bu mövsüm 47 matça çıxan forvard 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə “cimbom”un heyətində 134 oyun keçirən argentinalı 77 qol vurmağı bacarıb.
Əlisahib İbrahimli