
Futbol üzrə dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda ikinci finalçının adına aydınlıq gəlib.
Yarımfinal mərhələsinin ikinci qarşılaşmasında İngiltərə və Argentina yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Argentinalılar hesabda geriyə düşsələr də əsas vaxtda geridönüş etməyi bacarıblar.
Onları finalda İspaniya millisi gözləyir.
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyunda başlayıb. Turnirə 19 iyulda yekun vurulacaq.
DÇ-2026
Yarımfinal
15 iyul
İngiltərə – Argentina 1:2
Qollar: Entoni Qordon, 55. - Entso Fernandes, 85. Lautaro Martines, 90+2.
Baş hakim: İsmail Elfat (ABŞ).
Atlanta (ABŞ). "Atlanta stadium".