
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada keçiriləcək “Vestri” - “Qarabağ” matçı canlı yayımlanacaq.
Bu barədə Fanat.Az-a “CBC Sport” telekanalından məlumat verilib.
Kanal yayımçı şirkətlə razılığa gələ bilib. Beləliklə, qarşılaşma saat 00:00-dan etibarən sözügedən kanalda tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, yayım hüququna sahib olan şirkət “CBC Sport”dan yüksək məbləğ tələb etdiyi üçün qarşılaşmanın Azərbaycanda yayımı düyünə düşmüşdü.
Mirağa