
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatları tarixində arzuolunmaz rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Təcrübəli oyunçu mundialların pley-off mərhələsində oyundan qol vurmadan ən çox matça çıxan hücumçu olub. Ronaldunun aktivində bu cür 10 oyun var.
41 yaşlı forvard dünya çempionatlarının pley-off mərhələsində indiyədək cəmi 1 qol vurub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə görüşdə (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzub və turnirlə vidalaşıb.
Əlisahib İbrahimli