
Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.
Tədbirdə 1 və 2-ci dövrələrin püşkü atılıb, üçüncü dövrənin püşkü isə ayrıca - daha sonra atılacaq. Reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz.
Yeni mövsümü startı isə avqustun 14-də olacaq. Turnirdə "Sabah", "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qəbələ", "Neftçi", , "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:
"Turan Tovuz" - "Qəbələ"
"Araz-Naxçıvan" - "İmişli"
"Kəpəz" - "Sabah"
"Şamaxı" - "Qarabağ"
"Sumqayıt" - Neftçi"
"Zirə" - "Şəfa"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının son qalibi "Sabah"dır.