23:14 18.07.2026 80

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb.

Fanat.Az xəbər verir ki, "Yurd.Media" və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda tarixən nəşr olunmuş "Əkinçi", "Ziya", "Tərəqqi" və "Həyat" kimi adlandırılıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Digər təşkilatçı, "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaqlat. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov çıxışında jurnalistlər arasında təşkil olunan belə turnirlərin əhəmiyyətini qeyd edərək bütün iştirakçılara uğurlar arzu edib.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Ardından yarışa start verilib.

Turnirin ilk oyununda ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandasını 5:3 hesabı ilə məğlub edib.

Sonra televiziya nümayəndələrinin olduğu "Həyat" komandası idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ilə qarşılaşıb. Bu oyunda isə idman jurnalistləri 3:2 hesablı qələbə qazanıblar.

Beləliklə, iyulun 19-da keçiriləcək final oyununda "Əkinçi" "Tərəqqi" ilə, 3-cü yer uğrunda oyunda isə "Ziya" ilə "Həyat" komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

21:50

Mahir Emreli yenidən Polşada - RƏSMİ

21:42

Cenk Sümer: "Məqsədimiz çempionluqdur"

21:11

“Neftçi” açıq məşq keçirdi, azarkeşlər "coşdu"

20:47

Tələbələr arasında Avropa Universitet Oyunları start götürüb

20:19

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib

19:16

Mahir Emreli karyerasını Polşada davam etdirəcək?

19:06

Yuri Vernidub: "Hədəfimiz Konfrans Liqasının liqa mərhələsidir"

18:42

KL: "Neftçi" - "Dinamo" oyununun biletləri satışda

18:11

Ruslan Voronsov "Karvan-Yevlax"da

17:52

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

17:09

Deşam üçüncü yer uğrunda matçdan əvvəl danışdı - "Milli üçün darıxacağam"

16:48

"Qarabağ"ın darmadağınına şahid olan hakim "Zirə"nin oyununda

16:04

Tramp İnfantinodan növbəti DÇ-nin də ABŞ-yə verilməsini istədi

15:53

“Neftçi” “Aerowingo” ilə əməkdaşlıq müqaviləsi imzaladı

15:31

"Kəpəz"də Azər Məmmədovun köməkçiləri müəyyənləşdi

15:00

Birinci Liqanın debütantı ev oyunlarını Xankəndi şəhərində keçirəcək

14:43

"Qarabağ"ın AL oyunlarını idarə edəcək hakimlər bilindi

14:10

Məhəmməd Salah Türkiyə nəhəngində - Anlaşmanın detalları bəlli oldu

13:51

"Neftçi" - "Dinamo Minsk" oyunu kiprli hakimə tapşırıldı

13:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:47

İkinci Liqa klubu millimizin üzvü ilə anlaşdı

12:02

Millimiz pley-off mərhələsinə yüksəldi

11:35

Azərbaycanda Dünya Seriyası başladı

11:04

DÇ-2026: Mundialın bürünc mükafatçısı müəyyənləşir

10:39

"Hər dəfə finalda oynamaq istərəm, hətta həmişə uduzsam belə" - İspaniya millisinin baş məşqçisi

10:13

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:42

Messi 6 aylıq Yamalı çimdirdiyi şəkildən danışdı - "Onu tez-tez izləyirəm"

09:00

Obameyanqın yeni klubu rəsmən bəlli oldu

00:44

Duran yenə klub dəyişdirir?

17 İyul 2026
23:52

"Şəfa" "İmişli" ilə "sülh"ə razılaşdı

22:51

"Qarabağ" dayanmaq bilmir: Eyni ölkədən 2 ulduz birdən gəlir?

22:13

"Sumqayıt" onunla vidalaşdı

21:51

AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib

21:12

"Turan Tovuz" İran millisi ilə heç-heçə etdi

20:51

Daha bir Avropa nəhəngi "Sabah"ın ulduzuna elçi düşdü: 3 milyon avro

20:14

"LANDAU Lions" klubu basketbolçusu Aubri Makalpaynla yollarını ayırıb

19:44

Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu?

Facebookdan bizi izləməyi unutmayın.
X