
İtaliya "İnter"i mövsümöncəsi ilk yoxlama oyununda qeyri-adi hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, İtaliya çempionu Almaniyanın altıncı liqasında mübarizə aparan "SV Aasen" ilə qarşılaşmada rəqibinə acımayıb.
Yoldaşlıq oyunu "nerazzurri"nin düşərgə saldığı Donaueşingendə baş tutub. Milanlılar 16:0 hesabı ilə qalib gəliblər. Françesko Esposito 5 qol vuraraq "şou"nun əsas siması olub. Bundan başqa, Luka Topaloviç het-trik edib. Davide Frattesi, Endi Diuf və Camal İddrissu hərəyə iki qol vurublar. Matçda Mattia Moskoni və Federiko Dimarko da fərqlənməyə imkan tapıblar.
İtaliya A Seriyasında növbəti mövsüm 22 avqustda start götürəcək. "İnter" həmin gün "Montsa"nı qonaq edəcək.
Mirağa