
UEFA Avropa Liqasının 2-ci mərhələsinin cavab görüşündə ÇSKA-nın qonağı olacaq “Qarabağ”ın Bolqarıstana səfər planı bəlli olub.
"Köhlənlər"in sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda Sofiyaya oyundan bir gün əvvəl - iyulun 29-u günorta saatlarında yollanacaq.
Səfərə çarter reysi ilə yollanacaq Ağdam təmsilçisi matçdan dərhal sonra Bakıya qayıtmağı planlaşdırır.
Matçdan əvvəlki gün Bakı vaxtı ilə saat 19:45-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcəksə, ardınca təmsilçimizin qarşılaşmanın reallaşacağı "Vasil Levski Milli Stadionu"nda açıq məşqə çıxacaq.
Qeyd edək ki, iyulun 30-da baş tutacaq ÇSKA - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə saat 22:00-da səsləndiriləcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib (0:0).
Mirağa