
"Real Madrid"in ulduzu Kilian Mbappe komanda rəhbərliyinə gözlənilməz transfer müjdəsi verib.
Fanat.Az Almaniyanın "BILD" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu Florentino Peresə Maykl Oliseni Madrid klubuna keçməyə razı saldığını bildirib.
Dünya çempionatı boyunca komanda yoldaşı ilə hər gün danışan Mbappe, Çempionlar Liqasını qazanmaq üçün onun transferinin vacib olduğunu vurğulayıb.
Fransalı ulduzun bu həmləsindən sonra "Real Madrid"in yaxın vaxtlarda rəsmi addım atacağı gözlənilir.