
"Real Madrid" 2026/2027-ci illər mövsümü üçün yeni səfər formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, geyim tünd yaşıl rəngdə hazırlanıb və krem rəngli detallarla tamamlanıb.
Formanın üzərində klubun baş hərflərindən ibarət incə həndəsi naxış yerləşdirilib. Həmçinin "Adidas Trefoil" loqosu dizaynda yer alıb.

Klubun açıqlamasında bildirilib ki, yeni forma yüksək performans xüsusiyyətlərini futbol mədəniyyəti və gündəlik üslubla birləşdirir.

Əlisahib İbrahimli