
Almaniya milli komandasının baş məşqçisi vəzifəsini bugündən icra etməyə başlayan Yürgen Klopp təyinatı ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" 59 yaşlı çalışdırıcının açıqlamasını belə təqdim edib:
"Burada olmaq böyük şərəfdir. Son həftələrdə baş verən hər şey mənə bir filmi xatırlatdı. Bunun ciddi bir post olduğunu çox yaxşı bilirdim. İndi burada olduğum üçün özümü daha da məsuliyyətli hiss edirəm. Bu, həyatımda xüsusi bir gündür. Bunu mümkün edən hər kəsə təşəkkür edirəm".
Mən burada yeni nəsə icad etməyəcəyəm. Həqiqətən yaxşı olanlar və oynamaq istəyənlər oynayacaqlar. Milli komandanın formasını geyinən kimi daha yaxşı olacaqlar. Oynamaq hüququ olan hər kəs səy göstərməlidir. Keçmişə görə heç kimi cəzalandırmayacağıq. Hər şey yenidən başlamadır. Amma səhvləri araşdıracağam".
Qeyd edək ki, Klopp bu gün Bundestimlə 2030-cu ilə qədər müddətə qədər müqavilə imzalayıb.
Milli komandanın əvvəlki məşqçisi Julian Nagelsman idi. O, DÇ-2026-dakı uğursuzluqdan sonra komandadan ayrılmışdı.
Mirağa