
İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, "Azzurri"ninin yeni çalışdırıcısı Andrea Pirlo olacaq. İtaliya Futbol Federasiyası Xosep Qvardiola və Karlo Ançelottinin imtinasından sonra Pirlo ilə razılığa gəlib.
Tərəflər 2030-cu ilə qədər müddətə müqavilə imzalayıblar. 47 yaşlı mütəxəssisin maaşı ildə 1,5 milyon avro olacaq. Onunla anlaşma tezliklə rəsmən elan olunacaq.
Pirlo hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Dubay Yunayted" komandasını çalışdırır.
Mirağa