
FİFA referisi Slavko Vinçiç hakimlik karyerasına son qoyub.
Fanat.Az xəbər verir ki, bunu Sloveniya Futbol Assosiasiyası məlumat yayıb.
46 yaşlı sloveniyalı ədalət təmsilçisi 19 iyulda İspaniya və Argentina arasında keçirilən DÇ-2026-nın final oyununu (əlavə vaxt 1:0) idarə edib.
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) Vinçiçi ötən turnirin ən yaxşı hakimi kimi tanıyıb.
Vinçiç 2010-cu ildən FİFA referisi kimi fəaliyyət göstərirdi.
Mirağa