
Andrea Pirlo İtaliya millisinin baş məşqçisi təyin olunmayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.
Məşqçinin Birləşmiş Ərəb Əmirlikləri "Dubay Yunayted"i ilə mövcud müqaviləsinin ləğvi və İtaliya Futbol Federasiyası ilə anlaşma imzalanması ilə bağlı bütün danışıqlar dayandırılıb.
Federasiya prezidenti Covanni Malaqonun bu addımı atmasına səbəb Pirlonun Rusiya bukmeker şirkəti "Fonbet" ilə əməkdaşlığa başlaması olub. Onun bu addımı İtaliyada geniş ajiotaj yaradıb.
Pirlo İtaliya millisinin məşqçisi olmazsa, federasiyanın texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo istefa verə bilər.
Qeyd edək ki, ötən həftə İFF ilə Pirlonun ilkin razılığa gəldiyi, tərəflərin 2030-cu ilə qədər müddətə nəzərdə tutulan müqaviləni razılaşdırdıqları, hətta 47 yaşlı mütəxəssisin maaşının ildə 1,5 milyon avro olacağı haqda məlumat yayılmışdı.
Mirağa