
UEFA Avropa Liqasının 2-ci mərhələsində "Qarabağ"ın rəqibi olan ÇSKA komandası Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Sofiya təmsilçisi 2-ci tur çərçivəsində doğma meydanda "Botev" ilə qarşılaşıb.
Görüş "hərbçilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran ÇSKA turnir cədvəlində 5-ci yerdədir.
Xatırladaq ki, ÇSKA ilə "Qarabağ" arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.