
"Benfika" "Qalatasaray"ın mərkəz müdafiəçisini istəyir.
Fanat.Az "Record" qəzetinə istinadən xəbər verir ki, Portuqaliya klubu müdafiə xəttini gücləndirmək məqsədilə Davinson Sançesi heyətinə qatmağı planlaşdırır.
Məlumatlara görə, "Benfika" klubu "cimbom"un kolumbiyalı mərkəz müdafiəçisi Davinsonu transfer siyahısına əlavə edib.
Bununla belə, xəbərdə qeyd olunur ki, futbolçunun maliyyə tələbləri transferin həyata keçirilməsi yolunda əsas maneəni təşkil edir.
Bildirilir ki, "Qalatasaray"ın komanda üçün əsas fiqur sayılan Sançesə görə tələb edəcəyi yüksək transfer məbləği ilə yanaşı, onun hazırkı maaşı da "Benfika"nın büdcəsini aşır. Nəticədə, Portuqaliya klubunun futbolçu ilə bağlı hələlik heç bir rəsmi addım atmadığı bildirilir.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi 2025/2026 mövsümündə 45 matça çıxıb. Görüşlər ərzində 2 qol atmağı bacarıb. O ötən oyun ilində 10 sarı və 1 qırmızı vərəqə alıb.
Əlisahib İbrahimli