
Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı millinin mətbuat xidməti yayıb.
Zinəddin Zidan Fransa milli komandasının yeni baş məşqçisi təyin edilib.
Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo Parisdə keçirilən mətbuat konfransında 54 yaşlı Zidanın Fransa milli komandasının yeni baş məşqçisi olduğunu elan edib.
Didye Deşam komandanın 2026-cı il Dünya Çempionatında İngiltərə ilə üçüncü yer uğrunda oyunda məğlub olmasından sonra vəzifəsindən ayrılmışdı. Deşamın təxminən 15 il davam edən rəhbərliyi dövründə Fransa 2014-cü il Dünya Çempionatında dörddəbir finala və AÇ-2016-nın finalına yüksəlib, 2018-ci il dünya çempionatının qalibi olub.
Qeyd edək ki, O, komandanın dünya çempionatının yarımfinalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırmasından sonra Didye Deşamın boşaltdığı vəzifəni tutub.