
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün 3-cü mərhələyə adlayacaq daha 8 komandanın adına aydınlıq gələcək.
2-ci təsnifat mərhələsinin ilk oyununda Polşa "Qurnik"ini Türkiyədə minimal hesabla üstələyən "Fənərbağça" bu üstünlüyünü cavab görüşündə də qorumağa çalışacaq.
"Sabah"ın növbəti mərhələdəki potensial rəqibləri "Lex" və "Orhus" da Polşada görüşəcəklər.
ÇL-in 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. "Sabah" ilk oyununu səfərdə keçirəcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab görüşləri
29 iyul
19:00. Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) (ilk oyun - 0:1)
20:00. Kauno Jalqiris (Litva) – Klaksvik (Farer adaları) (ilk oyun - 0:0)
21:00. Lex (Polşa) – Orhus (Danimarka) (ilk oyun - 4:1)
21:30. Universitatya Krayova (Rumıniya) – Levski (Bolqarıstan) (ilk oyun - 0:1)
21:30. Hapoel B-Ş (İsrail) – Vikinqur (İslandiya) (ilk oyun - 1:2)
22:00. Qurnik (Polşa) – Fənərbağça (Türkiyə) (ilk oyun - 0:1)
22:00. Srvena Zvezda (Serbiya) - Larn (Şimali İrlandiya) (ilk oyun - 4:0)
22:15. Slovan (Slovakiya) – İberiya (Gürcüstan) (ilk oyun - 2:0)