
İngilis hücumçu Denni Uelbek "Çelsi" ilə 2028-ci ilə qədər müddətə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumata görə, London klubu 35 yaşlı futbolçunun transferi üçün "Brayton" ilə tam razılığa gəlib. Uelbek artıq "Çelsi" ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Növbəti addım tibbi müayinə olacaq və bundan sonra tərəflər rəsmi olaraq müqaviləni tamamlaya biləcəklər. "Brayton" hücumçunun transferini təsdiqləyib, çünki oyunçu özü rəsmi transfer sorğusu təqdim edib.
Denni Uelbek "Mançester Yunayted"in yetirməsidir. O, "qırmızı şeytanlar"dan başqa, "Arsenal", "Uotford" və digər klublarda da çıxış edib. Təcrübəli forvard 2020-ci ildən "Brayton"da çıxış edir.
Ötən mövsüm 40 matça çıxan Uelbek 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa