
Yay transfer pəncərəsi dövründə adı tez-tez "Qalatasaray" və "Fənərbağça" ilə hallanan Rafael Leau barədə yeni xəbər var.
Fanat.Az xəbər verir ki, jurnalist Saşa Tavolieri "sarı qırmızılar" ilə portuqaliyalı hücumçu arasındakı danışıqların müsbət məcrada irəlilədiyini iddia edib.
Eyni zamanda, tərəflərin şəxsi şərtlər üzrə razılığın əldə olunmasının an məsələsi olduğu bildirilib.
"Qalatasaray" "Milan"la rəsmi danışıqlara başlamazdan əvvəl futbolçu ilə razılaşmanı yekunlaşdırmağı hədəfləyir ki, məqsəd "Fənərbağça"nı qabaqlamaqdır.
Qeyd edək ki, Rafael Leau 2025/26 mövsümündə "Milan"ın heyətində 31 oyuna çıxıb və 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli