13:09 31.07.2026 121

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan "APL Fantasy" platformasının rəsmi istifadəyə verildiyini elan edib.

Fanat.Az xəbər verir ki, "APL Fantasy" Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb.

İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.

"APL Fantasy" həm veb-platforma, həm də mobil tətbiq formatında istifadəçilərin ixtiyarına verilib. Futbolsevərlər platformaya qoşulmaq üçün rəsmi internet səhifəsinə daxil ola və ya tətbiqi "App Store" və "Google Play" üzərindən yükləyə bilərlər.

"APL Fantasy"-nin imic çarxı: //www.youtube.com/watch?v=55Ddc0af1Rw

Müsabiqə çərçivəsində qaliblər hər turdan sonra, aylıq nəticələrə əsasən və mövsümün yekununda müəyyən ediləcək. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçıları xüsusi və dəyərli baş mükafatlar gözləyir.

AFFA bütün futbolsevərləri "APL Fantasy" ailəsinə qoşulmağa, öz komandalarını qurmağa və Azərbaycan Premyer Liqasını daha maraqlı və interaktiv şəkildə izləməyə dəvət edir.

"APL Fantasy" haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:

APL Fantasy: //aplfantasy.az/

Instagram: //www.instagram.com/aplfantasy

TikTok: //www.tiktok.com/@aplfantasy

YouTube: //www.youtube.com/@aplfantasy

Telegram: //t.me/aplfantasyleague

Facebook: //www.facebook.com/aplfantasy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

02:08

KL: 2-ci təsnifat mərhələsinə yekun vurulub

01:23

AL: "Beşiktaş" növbəti mərhələdə

01:13

"Top qapıdan keçmək bilmirdi" - Rəşad Sadıqov

00:48

"Qarabağ" AL-də mübarizəni dayandırıb Kiyev "Dinamo"suna rəqib oldu

30 İyul 2026
23:40

Murad Məmmədov Avropa Liqasında şans qazandı, "Pafos" mərhələ adladı

23:33

Komandası darmadağına sevindi, Mahir Emreli isə...

22:54

Qələbə var, mərhələ yox: "Neftçi" turnirə "əlvida" dedi

22:12

"Nyukasl"dan 45 milyonluq addım

21:52

"Zirə" Konfrans Liqası ilə vidalaşdı

21:14

"Sanderlend" Fransa liqasından müdafiəçi alır

20:38

Vinisius Juniorun sponsorluq gəlirləri maaşını qarşılayır

20:08

İngiltərə klubuna ərəb sərmayəsi

19:43

"Mançester Yunayted"dən 70 milyonluq hədəf

19:21

"Çelsi" "Barselona"nın müdafiəçisi üçün hərəkətə keçdi

18:47

Cud Bellinqemin atası rəhbərliklə görüşdü

18:10

"Fulhem" "Real"ın hücumçusunu aldı

17:51

"Rəqibin iddiasına baxmayaraq, "Qarabağ" təmkinli oyunla qalib gələcək" - Elgiz Kərəmli

17:25

Azərbaycan yığması Qazaxıstanı məğlub etdi

17:07

"Neftçi" səfərdə 2 top vura bilər, ancaq..." - Şahin Diniyev

16:48

"Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma..." - Aslan Kərimov

16:30

Bu mükafatı Messidən almaq istəyirlər

Facebookdan bizi izləməyi unutmayın.
X