
“Fənərbağça" UEFA-ya təqdim etdiyi iştirak ərizəsində dəyişiklik etdi.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Şturm Qraz" komandasına qarşı keçiriləcək matçlar üçün Vedat Muriqinin adını siyahıya daxil edib.
Muriqi siyahıda Levent Mərcanın yerini tutub.
Qeyd edək ki, "Fənərbağça" ilə Avstriya təmsilçisi arasında ilk oyun avqustun 5-də İstanbulda, cavab qarşılaşması isə avqustun 12-də Qrazda keçiriləcək.
Əlisahib İbrahimli