
Həftəsonu Bayıl stadionunda AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Sabahın Ulduzları” turnirinin açılış mərasimi baş tutub.
Fanat.Az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra turnirdə iştirak edən U-15 və U-14 yaş qruplarının komandaları bayraqları ilə birlikdə meydana çıxıblar.
Təqdimatda U-15 yaş qrupu üzrə “Zəngəzur”, “Marafon”, “Qarabağ”, “Ulduz”, “Şəfa”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Dinamo”, “Zirə” və EFA, U-14 yaş qrupu üzrə isə “Qəbələ”, “Vətən”, “Ulduz”, “Qarabağ”, “Azərbaycan Qartalları”, “Dostluq”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, EFA, “Xan” və “Zirə” komandaları təqdim olunub.
Turnirin ilk günündə U-15 yaş qrupu çərçivəsində üç oyun keçirilib.
Sabahın Ulduzları
I tur
“Şəfa” – “Sumqayıt” 0:5
"Qarabağ" - "Ulduz" 3:2
"Sabah" - "Neftçi" 0:2
Turun daha 3 görüşü bu gün keçiriləcək:
16:00. “Zəngəzur” - “Marafon”
18:00. “Dinamo” - “Qəbələ”
20:00. EFA - “Zirə”
U-14 yaş qrupu üzrə 1-ci turun görüşləri isə avqustun 3-4-də təşkil olunacaq.
Qəbələ - Vətən
Ulduz – Qarabağ
Azərbaycan Qartalları
Sumqayıt – Sabah
Neftçi – EFA
Xan FK – Zirə