
"Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb.
Fanat.Az UEFA-ya istinadən xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək matç danimarkalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim Morten Kroqa laynsman qismində Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakb Kelet, AVAR-da isə Yens Maye olacaq.
Avqustun 13-də Bakıda baş tutacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da isə Ceyms Bell olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Toğrul