
Ukrayna Premyer Liqasında yeni mövsümün startı baş tutub.
Fanat.Az xəbər verir ki, 1-ci tur təxirəsalma ilə diqqət çəkib.
"Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Dinamo Kiyev”in "Levı Bereq" ilə matçı təxirə salınıb. Sözügedən qarşılaşma 12 dekabra ertələnib.
Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" mövsümə "Kudrivka" üzərində 5:1 hesablı darmadağınla başlayıb.
Qeyd edək ki, "Qarabağ" "Dinamo Kiyev"lə ilk oyununu avqustun 6-da Polşada keçirəcək. "Motor Lublin Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Əlisahib İbrahimli