
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"un qonağı olacaq "Sabah"ın Danimarkaya səfər planı müəyyənləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Komanda oyunun keçiriləcəyi Osvestriyə dünən gəlib. Bu gün yerli vaxtla saat 18:00-da matç öncəsi mətbuat konfransı, saat 20:00-da isə açıq məşq olacaq. Oyunda komandamızı Britaniyada yaşayan həmvətənlərimizin dəstəkləməsi gözlənilir. Dəqiq say sabah bəlli olacaq".
Səfərə çarter reysi ilə gedən ölkə təmsilçisi həmin şəhərdə məskunlaşacaq.
Qeyd edək ki, avqustun 5-də baş tutacaq "Orhus" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Tərəflər arasında cavab matçı isə avqustun 11-də keçiriləcək.
Əlisahib İbrahimli