
"Zirə" fransalı futbolçusu Brahim Konate ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Bakı klubunun mətbuat xidməti yayıb.
30 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, "Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Estoniyanın "Payde" komandasına uduzaraq (0:1, 1:1) turnirlə vidalaşıb.