
Niderland millisinin keçmiş baş məşqçisi Lui van Qal milli komandaya yenidən rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, bunu "De Teleqraf" iddia edib.
Mənbə 75 yaşlı mütəxəssisin mümkün təyinatı Niderland Kral Futbol Assosiasiyası ilə müzakirə etməyə hazır olduğunu bildirib. Van Qalın səhhətinin də ona yenidən ən yüksək səviyyədə işləməyə imkan verdiyi vurğulanıb. Eyni zamanda, bildirilib ki, milli komandaya qayıtmaq onun şəxsi təşəbbüsü deyil - məşqçi yalnız futbol qurumunun rəhbərliyi maraqlı olarsa, danışıqlara başlamağa hazırdır.
Van Qal karyerası ərzində üç dəfə Niderland millisinə rəhbərlik edib. O, 2000-2001, 2012-2014 və 2021-2022-ci illərdə sözügedən postu tutub.
Xatırladaq ki, Niderland millisi futbol üzrə son dünya çempionatının 1/16 final mərhələsində Mərakeşə uduzaraq (1:1, penaltilər - 2:3) mundialla erkən vidalaşıb.
Mirağa