
"Liverpul" PSJ-nin vingeri Bredli Barkolanın transferi üçün rəsmi danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu qarşı tərəfə 100 milyon avroluq təklif irəli sürüb. Lakin bu məbləğ Fransa təmsilçisini qane etməyib.
Bununla belə, bildirilir ki, Barkola özü "Liverpul"a keçməyə müsbət yanaşır.
Qeyd edək ki, 23 yaşlı fransalı futbolçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə ilə seçilib.
Əlisahib İbrahimli