
"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək mətbuat konfransı saat 11:45-də başlayacaq. Tədbir "Azersun Arena"da təşkil olunacaq.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.