
"Fənərbağça"UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda "Şturm"u 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, İstanbul nəhənginin baş məşqçisi İsmayıl Kartal oyundan sonra matçı dəyərləndirib.
Təcrübəli mütəxəssis bunları bildirib:
"Şturm"a qarşı çox yaxşı hazırlaşmış və onları ətraflı təhlil etmişdik. Komanda olaraq, oyun planımızın meydanda həyata keçirildiyini görmək bizi çox sevindirdi. Bu, iki oyundan ibarət bir mərhələdir və 2:0 hesabı ilə qalib gəldik, lakin Çempionlar Liqası oyunları çətin olur. Cavab oyununa sanki hesab 0:0-mış kimi hazırlaşacağıq və eyni ciddiyyətlə oynayaraq növbəti mərhələyə keçməyi hədəfləyirik. Taktiki intizamdan kənara çıxmadıq və futbolçular oyun tərzimizi mənimsəməyə başlayıblar. İnkişaf edirik, amma hələ gedəcək yolumuz var. Hesab 4:0 da ola bilərdi. Oyunu rəqibə heç bir şans vermədən başa vurduq və buna görə çox məmnunam.
Meyson Qrinvud gözəl qol vurdu və ondan gözlənilən də məhz belə qollardır. Həm Meyson, həm də Marko Asensio yaxşı oyun nümayiş etdirdilər. Tədricən istədiyimiz səviyyəyə çatırıq. Fiziki baxımdan təxminən 75-80 faiz gücündəyik. Əgər bunu daha 10 faiz artıra və həmin səviyyəni qoruya bilsək, bu tempi bütün mövsüm boyu davam etdirərik".
Əlisahib İbrahimli