
Azərbaycan Premyer Liqasının debütantı "Şəfa" 2 yerli futbolçusunu əvəzedici komandaya göndərib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət qapıçı Rəvan Kazımovla yarımmüdafiəçi Ədilxan Qarəhmədovdan gedir.
Qeyd edək ki, hər iki futbolçu ötən mövsüm I Liqada çempion olan komandada çıxış edib. Baxmayaraq ki, Ədilxan mövsümün ikinci yarısını icazər əsasında "Şahdağ Qusar"da keçirib. Onun icarə müqaviləsinin müddəti yayda başa çatdığı üçün Bakı klubunun düşərgəsinə dönüb. Rəvana gəlincə, o, "çərçivə"dəki rəqabətə görə əsas komandadakı yerini itirib. Belə ki, paytaxt təmsilçisi yeni mövsüm üçün 2 qapıçı - "Sabah"dan Nicat Mehbalıyev ilə "Kəpəz"dən Məmməd Hüseynovu transfer edib.
Baş məşqçi postuna Zaur Həşimovu gətirən debütant ümumilikdə 14 transfer (Nicat Mehbalıyev, Məmməd Hüseynov, Murad Musayev, Rauf Hüseynli, Arsen Ağcabəyov, Fərid Yusifli, Vlad Marian Pop, Andrey Fernando Draqu, Dilan Mertens, Musa Queli, Maudu Lamine Jarjue, Treyvon Fulle, Bafode Dansoko, Kristofer Mamengi) reallaşdırıb.
Mirağa