
"Real Madrid"in qapıçısı Tibo Kurtua kollektiv məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
34 yaşlı qapıçı Madrid klubunun Valdebebasdakı təlim bazasına gələrək ilk məşqinə çıxıb.
Belçika millisinin DÇ-2026-da keçirdiyi 6 oyunun hamısında meydana çıxan qapıçı komandasının İspaniyaya 1:2 hesabı ilə məğlub olduğu 1/4 final matçında zədələnərək oyunu davam etdirə bilməmişdi.
Əlisahib İbrahimli