
Azərbaycan milli komandası bu gün Tacikistanla yoldaşlıq matçında 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
Azarkeşlərə təşəkkürümü bildirirəm. Ağır oyun olacağını bilirdik. Əsas motivasiya üçün qələbə lazım idi. Qalibiyyət yaxşı oldu. Ümid edirəm bəzi oyunçularımız tam hazır olacaq Litva səfərinə yollanacağıq.
-Abdulla Xaybullayevlə Mahir Emrelinin durumu necədir?
-Xaybollayevdə zədə yoxdur. Mahirdə də zədə halı baş verdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq istəyirik.
-Baş katib sizinlə paltardəyişmə otağında nə danışdı?
-Dəstəyini göstərdi. Uğurlar arzuladı.
-Legioner futbolçular başda olmaqla, millimizin oyunu ümid verir?
-Gənclər də gəlir. Komandanın perspektivi var.
-Növbəti oyunlar üçün nəyi dəyişmək və gücləndirmək lazımdır?
-Bəzi oyunçular sual altında idi. Bu gün onları gördük. Litva başqa komandadır.
-Litva ilə oyun üçün təxmini neçə faiz heyət beyninizdə yarandı?
-90 faiz var idi. Bəzi oyunçular tam meydanda qaldı. Digərlərində dəyişikliklər oldu.
-Rəhim Sadıxovun 9 nömrə kimi oynaması rəqib qapısını yaxşı tanıması ilə bağlə idi?
-Oyun üslubumuz idi. Pressinq edəndə 2 hücumçu lazım olur. Top bizdə olanda isə 10 nömrə kimi düşünürdük.
-Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?
-Hər xal vacibdir. Əsas birinci yer olmaqdır.
-Mahir Emrelinin qol vurmaması onda təzyiq yaradır?
-Klubunda da iki hücumçu mövqeyində oynayır. Mahir oyuna girəndən sonra daha yaxşı alındı. Özüm də dedim qol vurmağı çox fikirləşməsin. İnanıram ki, qol da vuracaq.
Əlisahib İbrahimli