
Azərbaycan Premyer Liqası klublarının Həmzə Çoudrinin transferi ilə bağlı danışıqlarının nəticəsi bəlli olub.
Fanat.Az xəbər verir ki, “Sabah” və “Qarabağ” İngiltərə Premyer Liqası təcrübəsinə malik yarımmüdafiəçinin transferindən vaz keçiblər.
Məlumata görə, Çoudrinin yüksək maaş tələbi və transfer üçün irəli sürdüyü maliyyə şərtləri əvvəlcə “Qarabağ”ın danışıqlardan çəkilməsinə səbəb olub. Ağdam təmsilçisi futbolçu ilə danışıqları dayandıraraq alternativ variantlar üzərində işləməyə başlayıb.
“Sabah” isə keçidi reallaşdırmaq üçün danışıqları sonadək davam etdirsə də, oyunçunun şəxsi tələbləri paytaxt klubunun büdcəsini də aşıb.
Beləliklə, Çoudrinin Azərbaycana transferi ilə bağlı hər iki klubun planı baş tutmayıb və hazırda onun ölkəmizə keçidi real görünmür.
Kamil Xudiyev