
“Barselona” “İnter”in hücumçusu Lautaro Martinesi rənglərinə bağlamaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin idman direktoru Deku argentinalı futbolçunun agenti Alexandro Kamanoya ilə görüşüb.
Məlumata görə, klublar 28 yaşlı hücumçunun gələcəyi barədə danışıb. "Barselona" Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə Martinesi alternativ variant kimi nəzərdən keçirir.
Qeyd edək ki, Lautaro Martines 2018/19 mövsümündən “İnter”in formasını geyinir. Argentinalı hücumçu ötən mövsüm 41 matça çıxaraq, 22 qol vurub və 6 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli