
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları davam edir.
Fanat.Az xəbər verir ki, pley-offa adlayacaq daha 3 komandanın adına bu gün aydınlıq gələcək.
"Kopenhagen" "Debretsen"i, "Rapid" "Payde"ni, "GKS Katovitse" isə "Hapoel Tel-Əviv"i qonaq edəcək. Hər üç qarşılaşma eyni saatda - Bakı vaxtı ilə 20.00-da başlayacaq. Əslində, Danimarka və Avstriyadakı görüşlərdə meydan sahibləri aşkar favoritlərdir. Həm "Kopenhagen", həm də "Rapid" ötən həftə baş tutan ilk oyunda rəqiblərini səfərdə böyük hesabla yenib. Polşa təmsilçisi "GKS Katovitse" İsrail nəhəngindən ilk görüşdəki 2 topluq yenilginin revanşını almağa çalışacaq.
3-cü təsnifat mərhələsinin qalan cavab oyunları 13 avqustda keçiriləcək.
Qeyd edək ki, KL-də mübarizə aparan "Qarabağ" cümə axşamı meydana çıxacaq. Ağdam təmsilçisi ötən həftə 0:1 hesabı ilə məğlub olduğu "Dinamo Kiyev"lə Bakıda münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00. Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan) (ilk oyun - 3:0)
20:00. Rapid (Avstriya) – Payde (Estoniya) (ilk oyun - 4:1)
20:00. GKS Katovitse (Polşa) – Hapoel Tel-Əviv (İsrail) (ilk oyun - 0:2)