
Avropa Liqasında ötən gecə baş tutan "Klaksvik" (Farer adaları) - "Lex" (Polşa) (0:5, ilk oyun - 0:1) görüşündən sonra UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq 48 komandanın hamısının adı bəlli olub.
Fanat.Az xəbər verir ki, cütün qalib AL-də yoluna davam edəcəksə, məğlubu, yəni "Klaksvik" KL-in pley-offunda Latviya təmsilçisi "Riqa"ya rəqib olub.
Beləliklə KL-in pley-off cütləri belədir:
İnter Turku (Finlandiya) – Kopenhagen (Danimarka)
Linkoln (Cəbəllütariq) – Larne (Şimali İrlandiya)
Tromsö (Norveç) – Brayton (İngiltərə)
Norşellann (Danimarka) – Sankt-Qallen (İsveçrə)
Midtyullann (Danimarka) – Riyeka (Xorvatiya)
Klaksvik (Farer adaları) – Riqa (Latviya)
PAOK (Yunanıstan) - Brann (Norveç)
Qurnik (Polşa) – Monako (Monako)
Tvente (Niderland) - Qarabağ (Azərbaycan)
Drita (Kosovo) – İnter Eskaldes (Andorra)
Vikinqur (İslandiya) – Borats (Bosniya və Herseqovina)
Sion (İsveçrə) – Ayaks (Niderland)
Mazervell (Şotlandiya) – Frayburq (Almaniya)
Luqano (İsveçrə) – Makkabi Tel-Əviv (İsrail)
Panatinaikos (Yunanıstan) – Hradets Kralove (Çexiya)
Gent (Belçika) - Hibernian (Şotlandiya)
Atalanta (İtaliya) – Hapoel Tel-Əviv (İsrail)
Reyncers (Şotlandiya) – Yablonets (Çexiya)
Harts (Şotlandiya) – Rapid (Avstriya)
Xetafe (İspaniya) - Partizan (Serbiya)
Hayduk (Xorvatiya) – Rakuv (Polşa)
Dinamo Tirana (Albaniya) – Pafos (Kipr)
Braqa (Portuqaliya) – Austria (Avstriya)
Şemrok Rovers (İrlandiya) – KuPS (Finlandiya)
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri avqustun 20-si və 27-də baş tutacaq.