
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia karyerasını Avropada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 31 yaşlı əlcəzairli yarımmüdafiəçinin “Maribor”a keçidi ilə bağlı danışıqlar aparılır.
Sloveniya təmsilçisinin təcrübəli futbolçu ilə müqavilə imzalamaqda ciddi marağı olduğu bildirilir.
Benzia daha əvvəl “Lion”, “Lill”, “Fənərbağça” və “Qarabağ” kimi klubların formasını geyinib, həmçinin UEFA Çempionlar Liqasında çıxış edib.
Əlcəzair millisinin üzvü olan futbolçu yığmada 20 oyuna çıxıb.
Benzianın “Maribor”a keçidi ilə bağlı danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Kamil Xudiyev