
Azərbaycanlı mütəxəssis Adil Mahmudov milli komandalarımızdan birini çalışdırmağa yaxın olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 50 yaşlı mütəxəssis bu məqsədlə ötən ayın sonunda AFFA-ya dəvət olunub.
Konkret, qurumun texniki direktoru Edmond Klaus Mahmudovla görüşüb.
Görüşün təfərrüatı ilə bağlı məlumat əldə etmək üçün Adil bəylə əlaqə saxladıq: "Bəli, belə görüş olub. İyulun 24-də niderlandlı ilə görüşdük, mənimlə bağlı məlumatlı olduğunu, məşqçi işimi bəyəndiyini dedi. İşbirliyində maraqlı olduğunu dedi, razılığa gəldik. Ertəsi məşq keçməyə dəvət olunacağımı bildirdilər. Bütün koordinatlarımı götürdü, telefon nömrəsini verdi. Ancaq sonradan onun yardımçıları zəng vurub dedilər ki, sizi növbəti mərhələlərdə dəvət edəcəyik. Açığı, mənə qaranlıq qaldı".
Qeyd edək ki, Adil Mahmudov ötən həftə 2-ci Liqa təmsilçisi "Difai"yə baş məşqçi təyin olunub.
Mirağa