
I Liqa təmsilçisi "Səbail" Rail Əmirquliyevi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.
Qeyd edək ki, 2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin yeni oyunçusu son olaraq "Şahdağ Qusar"da çıxış edib.