
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivısində "Tvente"nin qonağı olacaq "Qarabağ"ın meydana daha bir itki ilə çıxa bilər. Ötən gün "Şamaxı" ilə keçirilən Premyer Liqa oyununda (3:1) xəsarət alan, sona qədər meydanda qalmasına rəğmən, özünü narahat hiss edən Renaldo Sefasın durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yamaykalı hücumçunun zədəsinin ciddi olub-olmadığı hələ müəyyənləşməyib. Həkimlər buna sabah səhər saatlarında aydınıq gətirəcəklərini bildiriblər.
Qeyd edək ki, Qurban Qurbanov Niderlanddakı görüşdə 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçi Cəbrayıl Makreçkis əvvəlki raundda Kiyev "Dinamo"suna qarşı Polşadakı matçda (0:1) aldığı qırmızı vərəqə səbəbindən Enshededə də meydana çıxmayacaqsa, digər müdafiəçi Elvin Cəfərquliyev və hücumçu Zakaria Savo zədə üzündən kənarda qalacaqlar.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Tərəflərin cavab qarşılaşması iyulun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Mirağa