
UEFA Çempionlar Liqasında pley-off mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kolektiv pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq. İlk sınaq Rumıniyanın Buxarest şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.
"Bayquşlar"ın cavab oyunu gələn həftə Bakıda keçiriləcək.
Qeyd edək ki, ÇL-də mübarizəyə ilk mərhələdən başlayan "Sabah" pley-offa qədər Uelsin TNS (2:0, 2:1), Finlandiyanın "KuPS" (1:0, 2:0) və Danimarkanın "Orhus" (1:2, 4:0) kollektivlərini üstələyib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust
23:00. Hapoel Beer-Şeva (İsrail) – Sabah
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marsenaro (hamısı İtaliya).
Buxarest. “Rapid Arena”.