
UEFA Avropa Liqasının pley-off qarşılaşmaları çərçivəsində “Beşiktaş” doğma meydanda “Jalgiris”i, “Trabzsonspor” isə “Ferentsvaroş”u qəbul edir.
Fanat.Az-ın məlumatına görə, Türkiyə klublarının bu gün keçiriləcək oyunları ölkəmizdə də yayımlanacaq.
Saat 21:00-da başlayacaq “Beşiktaş” - “Jalgiris” qarşılaşması "Sport TV"-də izləyicilərə təqdim olunacaq.
Eyni vaxtda başlayacaq “Trabzsonspor” - “Ferentsvaroş” matçını isə "Sport TV 2" vasitəsi ilə canlı izləmək mümkündür.