
"Sevilya" "Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvilini rənglərinə bağlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Əndəlüs təmsilçisi gürcüstanlı yarımmüdafiəçi üçün 4 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün "Atletik"lə keçiriləcək səfər oyununa yollanıb.