
Fransanın “Havr” klubu “Qalatasaray”ın müdafiəçisi Elias Yelerti icarə əsasında heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı danimarkalı futbolçu Fransa komandasında 12 nömrəli forma ilə çıxış edəcək.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
“Transfermarkt” portalı Yelertin transfer qiymətini 5 milyon avro məbləğində dəyərləndirir.
Sözügedən oyunçu ötən mövsüm icarə əsasında “Sauthempton” klubunda çıxış edib. O, bütün turnirlərdə 11 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli