
Malayziyanın "Cohor Darul Tazim" futbol klubu milli çempionatlarda məğlubiyyətsizlik seriyasının müddətinə görə dünya rekorduna imza atıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Cohor-Baru şəhərini təmsil edən kollektiv ardıcıl 109 oyunda uduzmayıb.
Əvvəlki dünya rekordu 108 matçda yenilməyən Fil Dişi Sahili klubu "ASEK Mimozas"a məxsus idi. Bu nəticə 1989–1994-cü illərdə qeydə alınmışdı.
"Cohor Darul Tazim" 2021-ci ilin aprelindən Malayziya çempionatında məğlub olmur. Sözügedın klub son 12 çempionluq tituluna sahib çıxıb.
Toğrul