
"Trabzonspor"un prinsipial razılıq əldə etdiyi braziliyalı ulduz Fabinyo Türkiyəyə gəlir.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Qara dəniz təmsilçisi sosial media hesabında Fabinyonun təyyarə ilə gəlişi barədə video paylaşıb və azarkeşləri onu qarşılamağa çağırıb.
Paylaşımda deyilir: "Fabinyo gəlir. Saat 11:30-da (Bakı vaxtı ilə 12:30) Trabzon Hava Limanında baş tutacaq böyük qarşılanma mərasimində bütün azarkeşlərimizi görməyi səbirsizliklə gözləyirik".
Videoda Fabinyo belə deyib: "Trabzonda məni tanış bir sima gözləyir və mən artıq yoldayam. Bizim üçün hər yer Trabzondur".
Əlisahib İbrahimli