
"Atletiko Madrid"in hücumçusu Xulian Alvares məşqdən yayınıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ruben Uria "X" sosial şəbəkə hesabı üzərindən yayıb.
Adının açıqlamasını istəməyən klub nümayəndəsinə istinad edən mənbə bunun futbolçunun "səhhəti" ilə bağlı olduğunu bildirib. "Atletiko" oyunçunun məşqə gəlmədiyini təsdiqləyib. Klubdan bildirilib ki, Alvares bir gün əvvəl pis yatıb və özünü yaxşı hiss etmirdi.
Qeyd edək ki, Alvareslə bağlı vəziyyət onun "Barselona"ya keçmək marağı fonunda mürəkkəb olaraq qalır. Oyunçu yayboyu "Barselona"ya transfer olunmağı düşünüb. Lakin "Atletiko" rəhbərliyi onu buraxmaq niyyətində deyil. Bundan əlavə, İspaniya çempionatının ilk turunda "Atletiko" "Vilyarreal"la 2:2 heç-heçə etdiyi oyunda Madrid klubunun azarkeşləri argentinalını təhqir edib çıxışını narazılıqla qarşılayıblar.
Mirağa